Milli Məclisin sədr müavini Türkiyəyə səfər edəcək
Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli aprelin 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Vitse-spiker burada keçiriləcək Parlamentlərarası Qüds platformasının beşinci konfransında iştirak edəcək.
Səfər aprelin 28-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI