Milli Məclisin sədr müavini Adil Əliyev vətəndaşları qəbul edib
Dekabrın 13-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev parlamentdə şəhid ailələri üzvlərinin, qazilərin və seçicilərinin qəbulunu keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Vətəndaşlar tərəfindən qaldırılan digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndərilib. Müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib və müraciətlərinə yüksək həssaslıq göstərilib.
Vətəndaşların qəbulu, onların müraciətlərinin həlli istiqamətində ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavininin ünvanına daxil olan müraciətlər tam, hərtərəfli araşdırılır və onların həllinə nail olmaq məqsədilə qanunvericiliyə uyğun şəkildə lazımi addımlar atılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI