Milli Məclisin sədr müavini Adil Əliyev: “Xocalı qətliamı Azərbaycana qarşı törədilmiş ən böyük terror aktıdır”

0

31 il əvvəl, müstəqilliyimizin ilk aylarında erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın əsgər və zabit heyətinin yaxından iştirakı ilə azərbaycanlılara qarşı törətdikləri Xocalı qətliamı qurbanlarının xatirəsini növbəti dəfə anırıq. Bu, müstəqillik tariximizin ən ağır və amansız hadisəsidir. Şübhəsiz ki, Xocalı qətliamı təkcə Azərbaycanda yox, ümumilikdə dünyada törədilmiş ən böyük miqyaslı terror hadisələrindən biri kimi qiymətləndirilməlidir. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bu qırğının törədilməsində başlıca motiv azərbaycanlıları qorxutmaq idi. Məhz kütləvi qorxu yaratmaq, terror cinayətlərinin ən spesifik xüsusiyyətidir. Dünyada baş verən bütün terror cinayətlərini təhlil etsək, görərik ki, onların hər birində əsas hədəf insanlar arasında qorxu yaratmaqdır. Amma Ermənistanın törətdiyi Xocalı terrorunun miqyası çox böyükdür.  Miqyas baxımından Xocalı terroru ABŞ-da 2001-ci ildə törədilmiş 11 sentyabr terror hadisəsi ilə müqayisə oluna bilər. 

Ulu Öndər Heydər Əliyev haqlı olaraq bəyan edirdi ki, “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Xüsusi amansızlıqla törədilmiş Xocalı terroru zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüşdür. Bundan əlavə, 150 nəfərin taleyi barədə heç bir məlumat hələ də yoxdur. 76-sı uşaq olmaqla, ümumən 487 nəfər dinc Xocalı sakini şikəst edilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir.  

Xocalıda  terror aktının törədildiyini sübut edən ən mühüm dəlil Xocalı qatillərindən və təşkilatçılarından biri Serj Sarkisyanın öz etirafıdır. O, açıq şəkildə bildirirdi ki, bu cinayətin məqsədi Xocalıda dinc azərbaycanlı sakinləri qorxutmaq və ermənilərin dinc, silahsız azərbaycanlılara silah qaldırmayacaqları barədə fikri sındırmaq lazım idi. Yəni azərbaycanlıları qorxutmaq lazım idi və Xocalı cinayətinin törədilməsində əsas motiv azərbaycanlılarda qorxu yaratmaq idi. 

Bununla belə, Xocalıda təkcə böyük miqyaslı terror aktı baş verməmişdi, orada eyni zamanda etnik təmizləmə, soyqırım və insanlığa qarşı cinayət törədilmişdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Serj Sarkisyan da Xocalıda etnik təmizləmə aparıldığını gizlətmir və bunun baş verdiyini təsdiq edir.

Azərbaycan xalqı bu cinayəti heç vaxt unutmayacaq və dünya birliyini də insanlığa qarşı törədilmiş bu cinayət barədə məlumatlandırmaqda davam edəcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı həqiqətlərinin dünyaya düzgün çatdırılmasında əvəzsiz iş görüb. Bu effektli kampaniya sayəsində beynəlxalq ictimaiyyətin Xocalı cinayətləri haqqında məlumatlılığı ildən-ilə artır, bu cinayətin mahiyyətini təhrif etməyə yönəlmiş qərəz və dezinformasiyanın qarşısı əhəmiyyətli dərəcədə alınır. 

Təbii ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı zəfərimiz Xocalı qətliamının təşkilatçılarının bütün məqsəd və hədəflərinin iflas etdiyini göstərdi. Vətən müharibəsi nümayiş etdirdi ki, Xocalı qırğını Azərbaycan xalqını nə qorxuda, nə sındıra, nə də əzə bilmədi. Əksinə, xalqımız Müzəffər Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruğa” dönüb düşmənə heç vaxt unuda bilməyəcəyi sarsıdıcı zərbə vurdu.

Allah Xocalı şəhidlərinə rəhmət etsin!

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir