Milli Məclisin sədr müavini Adil Əliyev tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

0

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən vətənpərvər ilahiyyatçı alim Hacı Şahin Həsənlinin xatirəsinə şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi təşkil edilib. 

Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin, qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olanların və Hacı Şahinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Turanın səsi ” xəbər verir ki , Milli Məclisin sədr müavini Adil Əliyev tədbiri giriş sözü ilə açaraq, Hacı Şahinin dəyərli ilahiyyatçı alim, dövlətini sevən, ölkəsinə bağlı, vətənpərvər şəxsiyyət olmasından bəhs edib. O, tariximizə qızıl hərflərlə yazılmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması üçün aparılmış Vətən müharibəsində Hacı Şahinin mütəmadi olaraq hərbi qulluqçularla görüşdüyünü, onların döyüş əhval-ruhiyyəsinin yüksəldilməsində yaxından iştirak etdiyini qeyd edib. Şanlı Zəfərimizdən sonra Şuşa şəhərində ilk bayram namazının məhz Hacı Şahin tərəfindən qılındığını deyən sədr müavini, onun hər zaman şəhid ailələrinin və qazilərimizin yanında olduğunu, dövlətimizin güclənməsi, gənc nəslin tərbiyəsi, onun milli-mənəvi dəyərlərimizə, dövlətimizə və dövlətçilik ənənələrimizə bağlı nəsil kimi yetişməsinə böyük əmək sərf etdiyini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri övladlarının Vətən uğrunda şəhid olmasından qürur duyduqlarını bildiriblər və onların döyüş yolundan bəhs ediblər. Çıxış edənlər Hacı Şahinlə də bağlı xatirələrini bölüşüblər, onun mənəvi dəstəyini xüsusi qeyd ediblər.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir