Milli Məclisin sədr müavini Adil Əliyev tərəfindən Ramazan sovqatları təqdim edilib

0

Aprelin 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ramazan bayramı münasibətilə şəhid ailələrini, qaziləri və Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yaşayan aztəminatlı ailələri ziyarət edib. 

Turanın səsi ” xəbər verir ki , Birliyin və bərabərliyin rəmzi, paylaşmaq və vəhdəti özündə ehtiva edən İslam aləminin müqəddəs Ramazan bayramı münasibətilə ailələrə bayram sovqatları çatdırılıb, ölkəmizə əmin-amanlıq, xalqımıza bol ruzi-bərəkət və firavanlıq arzuları dilə gətirilib. 

Şəhid ailələrinin üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar xalqımızın dövlət başçısının ətrafındakı birliyinin daha da sıx, dövlətimizin hər zaman qüdrətli olması, tutulan orucların, edilən ibadətlərin uca Allah tərəfindən qəbul edilməsi arzularını ifadə ediblər.

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir