Milli Məclisin sədr müavini Adil Əliyev şəhid Rəşid Həmidovun anım tədbirində iştirak etdi

0

Bu gün millət vəkilləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, tələbələr ilə birlikdə şəhid Rəşid Həmidovun anım tədbirində iştirak etdik. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı və sonra şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sükut elan edildi. Şəhidlərimiz vətən uğrunda həyatlarını qurban verərək hər birimizi üçün milli dəyərə çevrildilər. Qəhrəmanlarımızın canlarını qurban verdikləri Vətən torpaqlarında üçrəngli bayrağımız böyük məğrurluqla dalğalanır, ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar olmuşdur. Şəhid ailələri və qazilər daim dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir, onların çətinliklərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıq və tövsiyələrin verilmişdir. Eyni zamanda şəhid ailələrinə və qazilərə ən yüksək diqqət və qayğının göstərilməsi hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin müqəddəs xatirəsini bir daha dərin hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbr, qazilərə şəfa diləyirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir