Milli Məclisin Sədr Müavini Adil Əliyev Şəhid İmran Əliyevin Binəqədi rayonunda keçirilən anım mərasimində iştirak etdib
Şəhid İmran Əliyevin Binəqədi rayonunda keçirilən anım mərasimində iştirak etdim. Qəhrəmanlarımızın hər birinin keçdiyi döyüş yolu, müharibədə göstərdiyi şücaət xalqımızın mərdliyinin, birliyinin, qorxmazlığının əyani təcəssümüdür.
İgidlərimiz canlarını Vətən uğrunda fəda edərək, bizə tarixi Qələbə bəxş etdilər. Bu gün məhz onların qəhrəmanlığı sahəsində ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar edilmişdir və şanlı bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır.
Şəhidlərimizin müqəddəs xatirəsini yüksək hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirəm.