Milli Məclisin sədr müavini Adil Əliyev növbəti dəfə vətəndaşların qəbulunu keçirib

0

Yanvarın 30-da vitse-spiker Adil Əliyev qəbul qrafikinə uyğun olaraq növbəti dəfə Milli Məclisdə şəhid ailələrini, qaziləri və müraciət edən digər vətəndaşları qəbul edib. 

Turanın səsi ” xəbər verir ki , Qəbul zamanı müxtəlif məzmunlu müraciətlər dinlənilərək, bəzilərinin yerindəcə həll edilməsinə nail olunub. Eləcə də, sosial, humanitar, məişət məsələlərinin həlli ilə bağlı aidiyyəti üzrə məktubların hazırlanması üçün müvafiq göstərişlər verilib. Daxil olan bütün növ müraciətlər ətraflı araşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. 

Səmimi qəbula görə təşəkkürünü bildirən vətəndaşlar, müraciətlərinə yüksək həssaslıqla yanaşıldığına görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra vitse-spiker Adil Əliyev fiziki məhdudiyyətləri ilə əlaqədar qəbula gələ bilməyən vətəndaşları evlərində ziyarət edərək, onları narahat edən məsələlərlə maraqlanıb.

⤵️

⤵️

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir