Milli Məclisin plenar iclasında

Dekabrın 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.


İclasın 10 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova ilk iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, üçüncü oxunuşda müzakirəyə təqdim edilən bu qanun layihələrinin mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Spiker 1-ci məsələnin “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, 2-ci məsələnin isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI