Milli Məclisin plenar iclasında
Noyabrın 29-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, clasda cari məsələlərin müzakirəsi zamanı parlamentin komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Aydın Hüseynov, Azay Quliyev, Bəxtiyar Əliyev çıxış ediblər, gündəmdə olan məsələlər barədə öz fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycanda sosial təminatın daha da gücləndirilməsi ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindəndir. Deputatlar dövlət büdcəsinin sosialyönümlü xərclərinin ilbəil dinamik olaraq artırıldığını, Qarabağ və Şərqi Zəngəzurun qurulması üçün daxili mənbələr hesabına vəsaitin ayrıldığını, işğaldan azad olunmuş ərazilərin bərpasına xərclərin yönəldiyini söyləyiblər. Azərbaycanın 2025-ci ildə 10 milyard dollar həcmində sosialyönümlü xərclərinin Cənubi Qafqazın iki ölkəsinin birgə sosialyönümlü xərclərindən 2,5 dəfə çox olduğunu qeyd ediblər. Çıxışlarda seçicilərlə görüşlər zamanı aparılan söhbətlərdə vətəndaşların dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılığı ifadə olunub.
Müzakirələrdə Fransa telekanallarında Azərbaycana qarşı böhtan və iftiralarla dolu fikirlərin səslənməsinə münasibət bildirilib. Bunun Fransanın Türk dünyasına qarşı qərəzli mövqeyinin nümayişi olduğu söylənilib. Qeyd olunub ki, Vətən müharibəsində qazanılmış Zəfərdən sonra həyata keçirilən quruculuq işləri, ölkəmizin dinamik inkişafı bəzi qüvvələri narahat edir, onlar Azərbaycana mane olmağa çalışırlar. Bu gün Azərbaycanın bölgədə və dünyada sülhün, əminamanlığın, təhlükəsizliyin bərqərar olması istiqamətində təqdirəlayiq addımlar atdığı vurğulanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI