Milli Məclisin plenar iclasında

0

Oktyabrın 22-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.


turaninsesi.az” xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

Müzakirələrdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Əziz Ələkbərov, Aydın Mirzəzadə, Müşfiq Cəfərov, Razi Nurullayev, Ramil Həsən çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində əldə etdiyi qələbə və suverenliyimizin tam bərpasından sonra düşmən xalqımıza qarşı mina terroru və informasiya müharibəsini bu gün də davam etdirir. Qərbi Azərbaycandan vəhşicəsinə qovulmuş azərbaycanlıların öz doğma evlərinə qayıtmasına razılıq vermirlər. Vurğulanıb ki, belə həlledici məqamda Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Qərbi Azərbaycan İcmasına gəlişi və orada etdiyi tarixi çıxış soydaşlarımızın öz doğma yurdlarına qayıdışı ilə bağlı mübarizəsində yeni səhifə açdı. Dövlət başçısının diqqət və qayğısı sayəsində Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmdə siyasi və insan hüquqları kontekstində ciddi şəkildə qəbul olunması təmin edildi.
Bu məsələdə Milli Məclisin də fəaliyyəti xüsusi qeyd edilərək, parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Qərbi Azərbaycana Qayıdışla bağlı dəfələrlə ictimai dinləmələrin keçirildiyi, bunun müxtəlif aspektlərinin geniş müzakirə edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, bildirilib ki, bu günlərdə Milli Məclisin sədri Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədi ilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması barədə sərəncam imzalayıb. Bu mövzunun cəmiyyətdə də böyük maraq doğurduğu, bu istiqamətdə parlament səviyyəsində işlərin daha da gücləndirilməsinə təkan verəcəyi qeyd olunub.
Məsələyə münasibət bildirən Milli Məclisin spikeri Sahibə Qafarova bununla əlaqədar ölkə Prezidentinin atdığı addımları yüksək qiymətləndirib. Parlamentin sədri imzaladığı sərəncamda Təşəbbüs Qrupunun səlahiyyətlərinin və vəzifələrinin öz əksini tapdığını söyləyib, deputatları bu Qrupda iştirak etməyə çağırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir