Milli Məclisin payız sessiyası başa çatıb, deputatlar tətilə çıxıb
“Turanın səsi” əbər verir ki, parlamentin sədri Sahibə Qafarova çıxışında bildirib ki, payız sessiyası müddətində 19 plenar iclas, 206 qanun və qərar qəbul edilib:
“Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Bu il 10 dinləmə keçirilib. Bir neçə soyqırımın ildönümü münasibətilə tədbirlər keçirilib. Bir sıra aidiyəti etirazlarlarla bağlı beynəlxalq təşkilatlara çox sayda məktublar göndərilib”.
Sahibə Qafarova bütün deputatları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
S.Qafarova Milli Məclisin bütün kollektivi adından Prezident İlham Əliyevi təbrik edib, işində uğurlar arzulayıb.
Dövlət himninin səslənməsilə parlamentin payız sessiyası bağlı elan olunub.
Bununla da deputatlar tətilə çıxıblar. MM üzvləri tətildən yanvarın 15-də qayıdacaqlar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09