Milli Məclisin növbəti plenar iclası fevralın 24-də keçiriləcək
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası fevralın 24-də keçiriləcək.
“Turanın səsi ” in xəbərinə görə, bunu qanunverici orqanın sədri Sahibə Qafarova parlamentin fevralın 17-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, iclasın gündəliyi yaxın zamanda açıqlanacaq.