Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında

Sentyabrın 9-da Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra spiker bildirib ki, bugünkü xüsusi iclas çox mühüm bir məsələyə həsr olunub. Spiker deyib ki, möhtərəm cənab Prezident İlham Əliyev avqust ayının 7-si və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir. Belə ki, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri, Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə ciddi şəkildə təsir göstərən tərəfləri ilə yadda qaldı.




⤵️
ARZU PAŞAQIZI