Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat verib

0


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2022-ci ilin payız sessiyası dövründə öz fəaliyyətini parlamentin qanunvericilik planına uyğun şəkildə həyata keçirib.

Turanın səsi ” in məlumatına görə, bunu bu gün komitə sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb.

O bildirib ki, hesabat dövründə komitənin 26 iclası keçirilib, bu iclaslarda 217 məsələ, o cümlədən 215 qanun layihəsi, o cümlədən 1 rəy (Hesablama Palatasının auditoru) geniş müzakirə edilib: “Keçirilən iclaslardan 12-i video konfrans vasitəsi ilə onlayn iclas keçirib. Komitənin iclaslarında hökumət nümayəndələrindən əlavə QHT və ictimai təşkilatlar da iştirak edib, rəy və təkliflərini veriblər”.

T.Mirkişili qeyd edib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, qrafikə uyğun olaraq, ayda bir dəfə vətəndaşların qəbulunu keçirib: “Bu dövrdə 87 vətəndaş qəbul olunub, onların ərizə və şikayətləri aidiyyəti təşkilatlara göndərilib. Hesabat dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 3 işçi qrupunun iclası keçirilib. Yaz sessiyada komitəyə 62 ərizə, şikayət, müraciət daxil olub, onlardan 47-si tədbir gorülməsi üçün müvafiq təşkilalatlara göndərilib, 15 ərizə işə alınıb. Komitəyə daxil olan ərizələrin iqtisadi və sosial problemlər (özəlləşdirmə, sahibkarlıq, vergi) ilə bağlıdır, digər məktub və ərizələr isə qanunlara dair təkliflərlə əlaqədardır”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir