Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Fazil Mustafa bildirib ki, gündəliyin birinci məsələsi – 2024-cü ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 5 iclası keçirilib və həmin iclaslarda 4 məsələyə baxılıb.

2024-cü ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş ərizə və məktublara, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb və məsələlərin qanun çərçivəsində həllinə nail olunub.

Payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə, həm də ölkə daxilində keçirilmiş tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər, sosial şəbəkələrdə aktiv olublar.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Fazil Mustafa bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, bir sıra qanunlara dəyişikliklər edilməsi, ictimai birliklərə, Qərbi Azərbaycana qayıdış mövzusunu beynəlxalq platformalara daşınması məsələsinə, siyasi partiyalara, dini abidələrə və digər mövzulara dair ictimai müzakirələrin keçirilməsi və müvafiq qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Müzakirələr zamanı komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Ceyhun Məmmədov, Cavanşir Paşazadə, Tənzilə Rüstəmxanlı, Azər Allahverənov, Səbinə Salmanova, Elşad Musayev və Azay Quliyev gündəlikdəki məsələlər, o cümlədən cari məsələlər barədə çıxış ediblər, qeyd və təklifləri bildiriblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

İclasda deputatlar Günay Ağamalı, Anatoliy Rafailov  və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI