Milli Məclisin iclasında

İyunun 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.


turaninsesi.az” xəbər verir ki, iclası açan spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, iyunun 17-də və 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bir sıra tədbirləri keçirildi. Ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik edib.
İyunun 17-də Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi. Təşkilatın ötən dövr ərzində fəaliyyəti və digər məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.
Spiker bildirib ki, iyunun 18-də Milli Məclisin sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirildi. Tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak etdi.
Toplantıda “Qara dəniz iqtisadi əməkdaşlıq regionunda intellektual və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsi ilə əlaqələrin möhkəmləndirilməsi və çevikliyin artırılması” mövzusu ətrafında müzakirələr aparıldı. Spiker həmin tədbirdəki çıxışından danışaraq deyib ki, o, öz çıxışında Azərbaycanın təşəbbüsü ilə transmilli enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun inkişafı sahəsində görülmüş işlərin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişafı ilə bağlı layihələr Xəzərin yaşıl enerji ehtiyatlarının Avropaya ixracına imkan yaradacaq, ölkələrimizin yaşıl inkişaf gündəliyinə töhfə verəcək.
Spiker həmin çıxışında müasir dövrün problemləri ilə əlaqədar təşkilatın daha da gücləndirilməsi, onun qarşısında dayanan hədəflərin əldə edilməsi yolları barədə baxışlarını bölüşdüyünü deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI