Milli Məclisin iclası başlayıb, büdcə zərfinə daxil olan sənədlər müzakirə edilir
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
“Turanın səsi” in xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir.
İclasda hökumət üzvləri də iştirak edirlər.