Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

0

Oktyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirildi.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitənin sədri Əli Hüseynli Azərbaycan Respublikası Yeddinci çağırış Milli Məclisinin üzvü seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.
Komitə sədri bildirdi ki, bugünkü onlayn iclasın gündəliyinə 10 məsələ daxildir. Gündəliyin birinci məsələsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı layihəsidir.
Əli Hüseynli məlumat verdi ki, iş planı komitə üzvlərinə təqdim olunub və orada nəzərdə tutulan ən mühüm məsələ “Beynəlxalq müqavilələr haqqında” qanun layihəsidir. Bu qanun layihəsi dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Komitə sədri bildirdi ki, iş planı ilə bağlı komitə üzvləri öz təkliflərini təqdim edə bilərlər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir