Milli Məclisin futbol komandası beynəlxalq futbol turnirində gümüş medal qazanıb
Türkiyənin Antalya şəhərində 1–5 aprel tarixlərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Türk Dünyası Parlamentlərarası Futbol Turniri keçirilib.
Azərbaycan Milli Məclisinin komandası da turnirdə uğurla təmsil olunub.
Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti ilə B qrupunda yer alan Milli Məclisin komandası bütün rəqiblərini qabaqlayaraq qrupu birinci pillədə tamamlayıb və finala vəsiqə qazanıb.
Turnirin həlledici mərhələsində iki qardaş ölkənin — Azərbaycan və Türkiyə parlamentlərinin komandaları üz-üzə gəlib. Yüksək səviyyəli qarşılaşmada TBMM komandası 3:1 hesabı ilə qələbə qazanıb.




Arzu Paşaqızı