Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında

Oktyabrın 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitə sədri Musa Quliyev Yeddinci çağırış Milli Məclisə üzv seçilən deputatlara təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb. O, qeyd edib ki, iclasın gündəliyinə Əmək və sosial siyasət komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı və 4 qanun layihəsi daxil edilib.
Musa Quliyev bildirib ki, komitənin qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, büdcə zərfinə daxil olan sənədlərin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, sessiya ərzində “Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda ictimai dinləmənin keçirilməsi də planlaşdırılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir