Milli Məclisin deputatları TÜRKPA-nın 14-cü plenar iclasında iştirak və çıxış ediblər

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-12-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfər edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Milli Məclisin nümayəndə heyətinin üzvləri iclaslarda iştirak və çıxış ediblər.
Səfərin ilk günü Milli Məclisin deputatı və nümayəndə heyətinin üzvü Anar Məmmədov TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun hesabat məruzəsini və tövsiyə qərarını təqdim edib. Qeyd edək ki, Anar Məmmədov, həmçinin Qrupa rəhbərlik edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI