Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edəcəklər

0

Milli Məclisin deputatı,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri  Eldar Quliyev və  parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclaslarda QDİƏT-in Prosedur qaydalarına və təşkilatın Beynəlxalq Katibliyinin İşçi Qaydalarına düzəlişlərə baxılacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.

Deputatların səfəri fevralın 24-də başa çatacaqdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir