Milli Məclisin deputatları “Qərbi Azərbaycan: qayıdışa gedən yol” adlı beynəlxalq konqresdə iştirak edəcəklər
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Ülviyyə Həmzəyeva və Səttar Möhbalıyev 23-24 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Qərbi Azərbaycan: qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqresdə iştirak edəcəklər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Millət vəkilləri, həmçinin, Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” adlı festivala da qatılacaqlar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI