Milli Məclisin deputatları İtaliyaya səfər edəcəklər
Milli Məclisin deputatları – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliya Respublikasının paytaxtı Roma şəhərinə səfər edəcəklər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.
Səfər oktyabrın 20-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
.