Milli Məclisin deputatları İraq Respublikasına səfər edəcəklər
Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və deputat Əminə Ağazadə noyabrın 8-də İraq Respublikasının Bağdad şəhərinə səfər edəcəklər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Millət vəkilləri Asiya Parlament Assambleyasının Siyasi işlər üzrə daimi komitəsinin iclasında iştirak edəcəklər.
İclasda “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətləri haqqında”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın təmin edilməsinə dair”, “Demokratiya yolu ilə harmonik inkişafa dair” və digər qətnamə layihələri müzakirə ediləcəkdir.
Səfər noyabrın 12-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI