Milli Məclisin deputatı Serbiyada seçkiləri izləyəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azay Quliyev cari il dekabrın 17-də Serbiya Respublikasında keçiriləcək seçkiləri ATƏT Parlament Assambleyasının xətti ilə izləyəcək. Deputat müşahidə missiyasının tərkibində bir sıra məntəqələrdə seçkilərə hazırlıqla yaxından tanış olacaq, prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
Səfər dekabrın 18-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI