Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarus Respublikasının Qrodno şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, yerli özünüidarəetmə orqanlarının pandemiya dövründə əhalinin dəstəklənməsinə yönəlmiş fəaliyyətinin təşkili, bu qurumların rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması sahəsində fəaliyyətinə dair, bir sıra digər tövsiyələrin layihələri və başqa məsələlər müzakirə olunacaq.
İclasda habelə təşkilatı məsələyə baxılacaq, komissiyanın 2024-cü il üçün iş planı nəzərdən keçiriləcək, növbəti iclasın tarixi və gündəliyi müəyyən olunacaq.
Səfər oktyabrın 1-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI