Milli Məclisin deputatı Cenevrədə səfərdə olacaq
Milli Məclisin deputatı Anar Məmmədov “Türk həftəsi” çərçivəsində TÜRKPA-nın digər türk əməkdaşlıq təşkilatları ilə birgə təşkil etdiyi tədbirlərdə və konfransda iştirak etmək üçün aprelin 22-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
“İrsdə birlik, fəaliyyətdə irəli: Dayanıqlı innovasiya və birlik naminə türk əməkdaşlığı” mövzusuna həsr olunmuş tədbirdə müasir dövrdə türk dünyasının qarşısında dayanan məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər aprelin 25-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI