Milli Məclisin deputatı Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək
Milli Məclisin deputatı Sevil Mikayılova dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-nin) Dubay şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Millət vəkili Parlamentlərarası İttifaq və BƏƏ Federal Milli Şurasının birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək iclasda iştirak edəcək.
Səfər dekabrın 8-də başa çatacaq.