Milli Məclisin deputatı Avstriyaya səfər edəcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili Avstriya-Cənubi Qafqaz parlament qrupu rəhbərinin dəvəti ilə aprelin 9-da Avstriyanın Vyana şəhərinə işgüzar səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfər çərçivəsində Tahir Mirkişilinin parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Səfər aprelin 14-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI