Milli Məclisin deputatı Ankarada səfərdə olacaq

0

Milli Məclisin deputatı Rafael Hüseynov Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 27-də bu ölkənin paytaxtı Ankara  şəhərinə səfər edəcək.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Səfər çərçivəsində deputatımız AŞPA-nın seçki müşahidə missiyasının tərkibində  Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.

Səfər mayın 29-da başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir