Milli Məclisin deputatı Albaniyaya səfər edəcək
Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi qismində sentyabrın 24-də bu ölkənin Tirana şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Asim Mollazadə Albaniya Respublikasının AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə maraqlanacaq, bununla bağlı monitorinq aparacaq.
Səfər sentyabrın 29-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI