Milli Məclisin AŞPA-dakı nümayəndə heyətininMövlud Çavuşoğlu ilə görüşü olub

0

Aprelin 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AŞPA-da nümayəndə heyətimizin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün bir nümunədir.  O, əməkdaşlığımız və dostluğumuzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Komitə sədri Azərbaycanla Türkiyə arasında dinamik inkişaf edən əməkdaşlığın həm  ölkələrimiz, həm də bütün bölgənin tərəqqisi, sülhün və sabitliyini təmin olunması baxımından önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Şuşa bəyannaməsi imzalandıqdan sonra  Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hər sahədə daha da güclənir. Ölkələrimiz mötəbər beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurasında birgə səmərəli fəaliyyət göstərirlər.

TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu görüşdən məmnunluğunu ifadə edərək, dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin durmadan  möhkəmləndiyini söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində nümayəndə heyətlərimizin bir-birinin mənafelərini dəstəklədiklərini vurğulayıb. Türk dünyasının daha da güclənməsində Türkiyə və Azərbaycanın önəmli rolunu qeyd edib.

Söhbətdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Asim Mollazadə, Sevinc Fətəliyeva, Türkiyəli millət vəkilləri Fatma Aksal, Utku Çakırözer  iki qardaş ölkə arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişafı, parlamentlərarası əməkdaşlıq, Türk dünyasında birliyin əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyindən bəhs ediblər. 

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, parlamentin komitə sədri Fazil Mustafa, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir