Milli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib
Noyabrın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.
İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, son illərdə ölkəmiz geosiyasətdə böyük uğurlar əldə etməklə yanaşı, sosial-iqtisadi inkişaf baxımından da mühüm irəliləyişlərə nail olub. On ayın məlumatına əsasən, ÜDM-in 4,9 faiz artması çox böyük nailiyyətdir. ÜDM böyüdükcə orada faiz artımı mütləq rəqəmlərlə daha böyük həcmləri əks etdirir. Vitse-spiker ÜDM-in tərkib aspektlərinə diqqəti yönəldərək qeyd edib ki, orada getdikcə intellektual sektorun payının artmasına nail olmaq lazımdır. Bu baxımdan sevindirici haldır ki, nəqliyyat, logistika, turizm, informasiya və rabitə sektorlarında artım daha yüksək, ikirəqəmli olmuşdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI