Milli Məclisdə “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusunda elmi konfrans keçirilib
Aprelin 18-də Milli Məclisdə “Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirin moderatoru Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc konfrans iştirakçılarını salamlayaraq, burada aparılacaq müzakirələrin əhəmiyyətindən söz açıb. Son illər ölkəmizin müasir müstəmləkəçilik əleyhinə hərəkatın önündə getdiyini təqdirlə vurğulayan komitə sədri bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasının parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib.
Zahid Oruc 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın ölkəmizə qarşı aşkar ədalətsiz mövqe tutmasının onun müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən çirkin imperialist siyasətini ifşa etdiyini bildirib. Ölkəmiz əleyhinə kampaniya aparan rəsmi Parisin Cənubi Qafqazda hər bir vəchlə mənzillənmək cəhdləri, Ermənistandan alət kimi faydalanmaq planı onun müstəmləkə siyasətinin mahiyyətindən irəli gəlir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neo-imperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayanıb. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu dövlətimizin siyasi iradəsinin nümayişidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI