Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib
Martın 17-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə Milli Məclisdə görüş keçirilib.
Tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev hakimləri bu məsul vəzifəyə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
O, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlamış hüquqi dövlət quruculuğu prosesi, onun əsas artibutlarından biri olan Konstitusiyanın qəbulu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları barədə danışıb.
Parlamentlə məhkəmə orqanları arasında sıx əməkdaşlığın qurulduğunu deyən Aparat rəhbəri, Milli Məclisin məhkəmə-hüquq sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün qəbul etdiyi qanunları diqqətə çatdırıb.







Arzu Paşaqızı