Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib

Fevralın 24-də Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. O vurğulayıb ki, bu münasibətlərin əsasını hər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri təşkil edir.

Arzu Paşaqızı