Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 21-də Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Çəkməköy Bələdiyyəsinin sədri Orhan Çerkezin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti arasında görüş keçirilib.


Milli Məclisin Səhiyyə komitəsinin sədri,Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, dövlət başçıları arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişafına şərait yaradır.

Arzu Paşaqızı