Milli Məclisdə Şuşadakı aksiyadan danışılıb: “Onların tələbləri haqlıdır”

“Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır.

Fərəhverici hal odur ki, digər təbəqələrlə yanaşı gənclərimiz də Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında aktiv şəkildə iştirak edirlər”.

Turanın səsi ” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, bununla da onlar ermənilərin vaxtilə yaratdığı mifin əksini göstərərək nəinki tarixi unudur, eləcə də bu gün köhnə nəsildən daha fəal şəkildə xalqını, dövlətini sevir.

“Bir neçə gündür ekoaktivistlər və QHT nümayəndələri Qarabağ bölgəsində etiraz aksiyası keçirirlər. Onlar haqlı olaraq erməni terrorçularının qanunsuz əməllərinə etiraz edir. Aksiya iştirakçıları Azərbaycan ərazilərində monitorinqlərin keçirilməsini haqlı olaraq tələb edir. Hamımız bunu dəstəkləyirik və sona qədər onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqlı işin ucundan yapışıb gedirlər” – S.Novruzov əlavə edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir