Milli Məclisdə Sankt-Peterburq Qanunvericilik Məclisinin

0

nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 31-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov və qrupun üzvü Əminə Ağazadə iştirak ediblər.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında möhkəm əlaqələrin mövcud olduğu bildirilib, dövlətlərarası münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan danışılıb. Qeyd olunub ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə dostluq  qruplarının səmərəli əməkdaşlığı təqdirəlayiqdir.

Söhbətdə Azərbaycan parlamentinin Sankt-Peterburq Qanunvericilik Məclisi ilə  əlaqələrindən, belə görüşlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətindən bəhs edilib.

Fikir mübadiləsi zamanı mədəniyyət, idman, təhsil, turizm sahələrində əlaqələrin inkişafından danışılıb, hər iki ölkədə diasporların fəaliyyəti yüksək qiymətləndirilib. 

Söhbətdə tərəfləri maraqlandıran məsələlərdən danışılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir