Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib

0

Noyabrın 6-da Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib. Tələbələri salamlayan komitə sədri Şahin İsmayılov onları Milli Məclisdə görməkdən məmnun olduqlarını bildirib.
Komitə sədri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, bu dövlət siyasətinə uyğun olaraq Milli Məclis də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan parlamentində şəhid ailə üzvü və qazilər işlə təmin olunublar. Şanlı Zəfərdə şəhidlərin fədakarlığını vurğulayan çıxışçı onların milli hərb və qəhrəmanlıq tariximizə yazdıqları şanlı səhifələrin xalqımızın qürur mənbəyi olmasından danışıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir