Milli Məclisdə Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndələri ilə görüş keçirilib
Aprelin 3-də Milli Məclisdə parlamentin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ölkəmizdə səfərdə olan Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyəti ilə görüşü keçirilib.
Qonaqları salamlayan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən söz açıb. Komitə sədri Azərbaycan və Türkiyə dostluğunun köklərinə nəzər salıb, Şuşa Bəyannaməsini müttəfiqliyimizin ən yüksək ifadəsi kimi qiymətləndirib.


Arzu Paşaqızı