Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib

Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.


Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş ölkələrin parlamentlərinin təmsilçilərini salamlayaraq bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O, qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.
Spiker parlamentlərin rolunun daha da gücləndirilməsi, əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi məsələlərinə həsr olunmuş bu konfrans çərçivəsində aparılacaq müzakirələrin faydalı olacağına inamını ifadə edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illər ərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinin təsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışan Sahibə Qafarova 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd edib.
O, vurğulayıb ki, konfransın məhz bu gün keçirilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası 106 il öncə, məhz dekabrın 7-də keçirilib.
Spiker bildirib ki, bütün Müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışd.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI