Milli Məclisdə Malayziya parlamentinin deputatı ilə görüş

Dekabrın 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen ilə görüşüb.
Söhbət zamanı Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransı çərçivəsində müzakirə olunan məsələlər, Azərbaycan və Malayziya arasında parlamentlərarası əlaqələrin inkişaf potensialı barədə müzakirələr aparılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI