Milli Məclisdə mətbuat konfransı keçirilib

0

Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib.

Turanın səsi” xəbər verir ki , mətbuat konfransından əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbirdə iştirak edən jurnalistlərlə görüşərək Milli Məclisin sədri Sahibə Qafarovanın adından media nümayəndələrini salamlayıb və mətbuat konfransının işinə uğurlar arzulayıb.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli jurnalistlərin suallarına cavab olaraq bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş ictimai müzakirələrindən sonra layihənin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki xarakterlidir. İctimai müzakirələrdən sonra layihəyə partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi və s. məsələlərə dair müddətlərlə bağlı düzəlişlər edilib. Layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sonra jurnalistlərin suallarına cavab verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, bu gün Azərbaycanda dövlət quruculuğu siyasətinin əsas hədəfi ölkədəki siyasi partiyaların hüquqi müstəvidə fəaliyyət aparmalarıdır. Son üç ildə partiyalarla kifayət qədər görüş və dialoqlar keçirilib. Yeni qanun layihəsini tərtib etməkdə ali məqsəd bu sahədə ortaq məxrəcin tapılması və güclü siyasi partiyaların formalaşdırılmasıdır. Dövlət Vətən müharibəsində qazandığı Zəfərdən sonra ölkədə qalib siyasi sistem yaratmaq niyyətindədir.

Mətbuat konfransında jurnalistlərin bütün sualları ətraflı cavablandırıldıqdan sonra tədbirə yekun vurulub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir