Milli Məclisdə mətbuat konfransı
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərə dair təəsüratlarını bölüşüb, müzakirə olunmuş məsələlər barədə danışıb. Qonaq qeyd edib ki, bu görüşlərdə Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi ifadə olunub, iqtisadiyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə münasibətlərin inkişafına, parlamentlərarası əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Şuşa və Füzuli şəhərlərinə səfəri barədə danışan Latviya parlamentinin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, Azərbaycanın COP29-a evsahibliyi etməsinin əhəmiyyəti barədə danışıb, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarının uğurlu olacağına inamını ifadə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI