Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib
Yanvarın 31-də Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək lazımi müayinədən keçdikdən sonra növbə ilə qan veriblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI