Milli Məclisdə görüş
Milli Məclis sədrinin müavini Musa Qasımlı və parlamentin Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov noyabrın 28-də Tailand Krallığı Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut ilə görüşüblər.
Vitse-spiker Musa Qasımlı iki dövlət arasında münasibətlərin hazırkı vəziyyətindən söz açıb, bu münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Tailand Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Eyni zamanda, parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı olaraq səmərəli iş aparırlar.


Arzu Paşaqızı