Milli Məclisdə görüş

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın Çili ilə əlaqələrin inkişafına maraq göstərdiyini deyib. Əli Əhmədov xalqlarımızın birləşdirən ortaq bəşəri dəyərlərin, 30 ildən çox davam edən diplomatik əlaqələrin iki ölkə arasında iqtisadi və siyasi dialoqun inkişafına müsbət təsir göstərdiyi bildirib. Qeyd olunub ki, Azərbaycan və Çili bir sıra sahələrdə və platformalarda əməkdaşlıq edir.
Milli Məclis sədrinin birinci müavini hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qruplarının olmasını yüksək qiymətləndirib, parlamentlərarası münasibətləri ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirib. O, Çili senatorlarının bu səfərinin Azərbaycan-Çili əlaqələrinin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Arzu Paşaqızı